XƏBƏRDARLIQ: Hava kəskin soyuyacaq (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

XƏBƏRDARLIQ: Hava kəskin soyuyacaq (YENİLƏNİB)

Azərbaycan sinoptikləri hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvar ayının 7-si axşamdan başlayaraq hava şəraitinin kəskin dəyişiləcəyi, şimal küləyinin güclənəcəyi, 8-dən 10-dək fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Havanın temperaturunun ayın 8-də ötən günlə müqayisədə 10-12 dərəcə aşağı enəcəyi, 8-i gün ərzində 0°-yə yaxın, axşama doğru -2° şaxta, 9-u gün ərzində 0°-yə yaxın, 9-10-da gecə saatlarında -4° şaxta olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında isə bu proses 7-si günün ikinci yarısında qərb rayonlarından başlayacaq. 10-dək fasilələrlə yağıntılı olacaq, sulu qar, qar yağacaq, arabir intensivləşəcək. Əsasən Kür vadisi rayonlarında qərb küləyinin güclənəcəyi, temperaturun kəskin enəcəyi gözlənilir. Yollar buz bağlayacaq.

13:03

Sabah Azərbaycanda hava şəraiti kəskin dəyişəcək.

Publika.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Porqnozlar Bürosuna istinadən məlumatına görə, yanvarın 7-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Arabir güclənən cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5, gündüz 12-14 dərəcə isti olacaq. Axşam havanın kəskin dəyişəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, temperaturun 1-3 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında gecə və səhər duman və çiskin müşahidə olunacaq. Günün ikinci yarısında qərb rayonlarından başlayaraq, havanın yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Günün ikinci yarısında güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 11-16 dərəcə isti olacaq. Dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10, axşam 0-3 dərəcə şaxta olacağı gözlənilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm