Qiymətli metalların çıxarılmasında yeni üsul tətbiq ediləcək
Bizi izləyin

Qırmızı.az

Qiymətli metalların çıxarılmasında yeni üsul tətbiq ediləcək

Azərbaycanda qızıl, gümüş və digər qiymətli metalların çıxarılmasında yeni üsul tətbiq ediləcək.

AMEA Geologiya və Geofizika İnstitutundan Publika.az-a verilən məlumata görə, yeni üsul sınaqdan keçirilib.

Bu üsulla bağlı Geologiya və Geofizika İnstitutu əməkdaşlarının apardığı elmi-texniki tədqiqat əsasında Elmi İnnovasiyalar Mərkəzi tərəfindən “Qiymətli metalların quyu vasitəsilə hasilatının innovativ texnologiyası” adlı innovativ biznes layihəsi hazırlanıb.

Layihə qızıl, gümüş və digər qiymətli metalların yeni yeraltı texnoloji üsulla çıxarılmasını əhatə edir. Mobil texnoloji pilot qurğusu metalları filizlərdən bilavasitə yatım yerində çevrəyə qaytarılan zərərsiz məhlullarla yuyub çıxarma imkanını yaradır.

Avtomatik rejimdə çalışan və avtomobil qoşqusu içində qurulan mobil kompleks az ehtiyatlı, dərində yerləşən filizlərin işlənməsini qazanclı şəkildə təmin edə bilir. Bu texnologiya Böyük və Kiçik Qafqazın bəzi qızıl yataqlarında sınaqdan keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm