Anar Yusifoğlu İTV-yə qayıtdı
Bizi izləyin

Qırmızı.az

Anar Yusifoğlu İTV-yə qayıtdı

Tanınmış telejurnalist Anar Yusifoğlu İctimai Televiziyada yeni vəzifəyə təyin olunub.

Bu barədə Axar.az-a İTV-dəki mənbə xəbər verib. Mənbənin sözlərinə görə, Anar Yusifoğlu İTV-də əvvəlki işini icra edəcək. Belə ki, İctimai Televiziyanın İnformasiya və ictimai-siyasi proqramlar departamentinin direktor müavini olaraq yenidən analitik proqramlara rəhbərlik edəcək. Bu təyinatdan sonra Anar Yusifoğlu “Aktual.az” saytının baş redaktoru vəzifəsindən istefa verib.

Qeyd edək ki, İTV-nin İnformasiya və ictimai-siyasi proqramlar departamentinin direktoru vəzifəsi 2013-cü ildən boşdur.

Anar Yusifoğlu İctimai televiziya yaranan gündən - 2005-ci ildən 2013-cü ilin sentyabr ayına qədər İctimai Televiziyada Analitik proqramlar departamentinin rəhbəri olub. 2013-cü ildə yeni baş direktor seçiləndən sonra öz ərizəsi ilə tutdugu vəzifədən azad edilib.

O, İctimai TV-dəki fəaliyyətinədək ANS, “525-ci qəzet”, “Sara” Teleradio Şirkəti, “Qanun” jurnalında çalışıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm