Zərdabda qeyri-adi oğurluq hadisəsi
Bizi izləyin

Qırmızı.az

Zərdabda qeyri-adi oğurluq hadisəsi

Əvvəlcə dilənçi kimi qapını döyüb həyətə girir, daha sonra isə ev sahibəsini aldadaraq oğurluq edir.

Əvvəlcə dilənçi kimi qapını döyüb həyətə girir, daha sonra isə ev sahibəsini aldadaraq oğurluq edir.

Hadisə Zərdab rayonunda baş verib. Rayonun Təzə kənd sakini Gülgəz Bəkirovanın evinə özünü dilənçi kimi qələmə verən Yevlax rayon sakini Mehriban Abışova gəlib. Ev sahibəsi Gülgəz Bəkirova ilə söhbət edərkən ona kömək edəcəyini bilidirib. Gülgəz Bəkirova yaxın vaxtlarda gəlininin öldüyünü və onun ölümünün ona çox təsir etdiyini bildirib.

Mehriban Abışova əvvəlcədən kağız parçasına yığıb bağladığı daşları hazırlayaraq cibində saxlayıb. Daha sonra mərhum gəlinin qızıllarını digər kağız parçasına yığaraq bağladıqdan sonra daş ilə dəyişir və ev sahibəsinə 3 gün müddətində onu açmamağı tapşırır.

Özünü dilənçi kimi qələmə verən Mehriban Abışov evdən çıxıb getdikdən sonra aldadıldığını başa düşən Gülgəz Bəkirova dərhal Zərdab rayon polis şöbəsinə müraciət edib.

Rayon polis şöbəsinin əməkdaşları Mehriban Abışovanı taksi ilə yaşadığı Yevlax rayonuna gedərkən Ucar rayonunun ərazisində saxlayıb.

Qeyd edək ki, indi Zərdab rayon polis şöbəsində Mehriban Abışovun digər rayonlarda bu cür anoloji faktları araşdırılır. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm