Bu gün ölkə ərazisindəki hava haqqında məlumat
Bizi izləyin

Qırmızı.az

Bu gün ölkə ərazisindəki hava haqqında məlumat

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Günün birinci yarısında bəzi yerlərdə az yağıntı olacağı ehtimalı var. Səhər və axşam saatlarında duman olacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Günün birinci yarısında bəzi yerlərdə az yağıntı olacağı ehtimalı var. Səhər və axşam saatlarında duman olacağı gözlənilir.


Temperatur gecə 2-5°, gündüz 5-10° isti, Bakıda gecə 2-4°, gündüz 7-9° isti olacaq.
Atmosfer təzyiqi 767 millimetr civə sütunundan 763 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaq.
Temperaturun gecə 3-8°, dağlıq ərazilərdə 12° şaxta, gündüz 6-11° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 1-6° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 0-4°, gündüz 8-12° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 8-12° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 0-5°, gündüz 10-15° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gecə və səhər bəzi yerlərdə havanın az yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 3-6°, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Yaxın iki gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü əksər meteohəssas insanlar üçün əlverişlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm