Qırmızı.az
Rayonlara gedən yollardakı vəziyyət
Baş Dövlət Yol Polisi İdarəsi qarlı hava şəraitilə bağlı sürücülərə xəbərdarlıq edib.
Publika.az-a açıqlama verən sözügedən idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev sürücülərə əlverişsiz hava şəraitilə əlaqədər diqqətli olmalarını tövsiyə edib.
O, hazırda bütün respublika əhəmiyyətli yollara qar yağdığını bildirib.
Kamran Əliyevin sözlərinə görə, Muğanlı-İsmayıllı yolunda güclü qar yağsa da, yolda hərəkət var.
"Respublikanın cənub bölgəsi, xüsusən Lənkəran-Astara regionu istisna olmaqla, hər yerdə qar yağır. Qeyd edilən bölgədə isə yağış yağır. Bəzi yerlərdə yağış leysan xarakterlidir. Hələlik heç bir yolda buzlaşma qeydə alınmayıb. Amma bu o demək deyil ki, sürücülər həmin magistrallarda rahat hərəkət edə bilərlər. Yollar buz bağlaya bilər. Ona görə də sürücülər maksimum dərəcədə ehtiyatlı olmalıdırlar".
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin nəzərinə çatdırır ki, yağmurlu hava şəraiti avtomobilin asfalt yol üzərində sürüşməsinə, əyləc basıldığı zaman istər-istəməz avtomobilin müvazinətinin itirilməsinə və əyləc məsafəsinin uzanmasına səbəb olur. Bu baxımdan sürücülər ilk növbədə tərkibində rezin məmulatının faizi yüksək olan mövsümi təkərlərdən istifadə etməlidirlər:
"Sürücülərə belə havalarda xüsusi qış təkərlərindən istifadə
etməyi tövsiyə edirik Tövsiyə olunur ki, texniki vəziyyəti nasaz
olan, şinləri normalara cavab verməyən avtomobillərlə yola
çıxmasınlar. Minik avtomobilləri üçün şinlərin protektorlarındakı
naxışların qalmış hündürlüyü 1,6 mm, yük avtomobillərində 1 mm,
avtobuslarda 2 mm, motosiklet və mopedlərdə isə 0,8 mm-dən az
olmamalıdır. Həmçinin eyni ox üzrə müxtəlif naxışlı şinlərdən
istifadə olunmamalıdır".
Vazeh
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ