Qırmızı.az
Qar ən çox hansı ərazilərə yağıb?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvarın 7-si gündüzdən 8-i səhərədək müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi yanvarın 7-si günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq hava şəraiti kəskin dəyişib.
Güclü şimal-qərb küləyi Abşeron yarımadasında və bəzi Kür vadisi rayonlarında şiddətlənib, hava yağıntılı olub, bəzi yerlərdə sulu qar, qar yağıb, səhər saatlarında intensivləşib, dağlıq və dağətəyi rayonlarda güclənib.
Səhər saatlarında olan məlumata görə düşən yağıntının miqdarı 2.5 mm, qar örtüyünün hündürlüyü dağlıq və dağətəyi rayonlarda 15 sm-dək olub. Gün ərzində yağıntılar davam edəcək.
Məlumatda bildirilib ki, yağıntı daha çox İsmayıllı, Şamaxı, Altıağac, Daşkəsən, Gədəbəy, Qax rayonu Sarbaş kəndi, Şəkidə Kişçay ərazisində müşahidə edilib. Ən çox yağıntı Kişçay ərazisində müşahidə edilib.
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO