Qırmızı.az
Komitə sədri: Qərb mətbuatında müsəlmanları qıcıqlandıracaq məlumatlar dərc olunur
Ötən gün Fransanın paytaxtı Parisdə "Charlie Hebdo"
jurnalının nəşr olunduğu binada törədilən terrora Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsi münasibət bildirib.
ANS TV-nin məlumatına görə, komitə sədri Fransada baş verənlərin anti terror koalisiyasının üzvü olan Azərbaycan tərəfindən qətiyyətlə pisləndiyini bildirib.
"Azərbaycan da illərdir erməni terrorundan əziyyət çəkir. Bu səbəbdən istənilən terror hadisəsi bizim qınağımıza səbəb olur. Hər nə məqsədlə olursa olsun terrora əl atılması istər-istəməz pislənilir. Bir məsələyə toxunmaq istəyirəm. Qərb mediasında Peygəmbər (s.ə.s) bağlı yerli-yersiz islam dünyasında qıcıq yaradacaq məlumatlar dərc olunur. Bir karikaturun fitnə və fəsadları var. Yəni bu fitnə və fəsadlıq da əks reaksiya doğurur. Gərək bunu yaddan çıxarmasınlar. Əlbəttə bu hadisənin özü də müsəlmanlarla xristianlar arasında yaranmış gərginliyi daha da artıracaq. Eyni zamanda Qərb dünyasında və Qərb ölkələrində islamafobiya gücləndirəcək”, deyə Mübariz Qurbanlı bildirib.
-
Sağlamlıq07:47
Bədənin ağır işə qarşı "üsyanını" necə yatırmaq olar - Həkimdən XƏBƏRDARLIQ
-
Ekologiya07:17
Bakıda yağış yağacaq, külək əsəcək - Bu günün HAVASI
-
Region06:16
Suriya məsələsi ANKARANIN GÜNDƏMİNDƏ - Fidan təzəlikcə kimlərlə danışıb?
-
Magazin203:43
Teleserial ulduzu alt paltarsız poza verdi - FOTO
-
Cənubi Qafqaz01:41
Gürcüstanın parlament binasına FİŞƏNG ATILDI
-
Hadisə01:00
Sumqayıtdan daha bir ACI XƏBƏR GƏLDİ
-
Dünya00:32
Bəşər Əsəd və ailə üzvlərinin Moskvadan görüntüsü yayıldı - VİDEO
-
Qoroskop00:25
Günün ULDUZ FALI - İstəkləriniz gərginlik yarada bilər