Qarabağ qazisinin intiharı ilə bağlı RƏSMİ MƏLUMAT
Bizi izləyin

Qırmızı.az

Qarabağ qazisinin intiharı ilə bağlı RƏSMİ MƏLUMAT

Baş Prokurorluq Goranboy rayon sakininin intihar etməsi faktı ilə bağlı məlumat yayıb.

Publika.az-a daxil olan məlumatda bildirilir ki, yanvarın 6-da Goranboy rayon sakini Bəxtiyar Əhmədovun intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilib, şahidlər, o cümlədən mərhumun arvadı və oğlu dindirilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib. B.Əhmədovun hər hansı konkret şəxs tərəfindən özünü öldürmə həddinə çatdırması barədə hazırkı vaxtadək istintaqa məlumat daxil olmayıb.

Hadisə baş verən gün meyitin üzərinə baxış keçirilərkən şalvarının cibindən yaxın qohumlarına ünvanlanmış “ölümümdə özüm günahkaram” sözləri ilə başlayan məktub aşkar edilib. B.Əhmədovun ölümünün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Özünü binanın 5-ci mərtəbəsindən ataraq intihar edən B.Əhmədovun Qarabağ qazisi olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm