Naxçıvana avtobus reysi təxirə salındı
Bizi izləyin

Qırmızı.az

Naxçıvana avtobus reysi təxirə salındı

Şaxtalı hava şəraiti ilə əlaqədar olaraq Naxçıvana gedən avtobus reysi bu gün səhər saatlarından təxirə salınıb.

Bu barədə Publika.az-a Beynəlxalq Avtovağzal Kompleksindən məlumat verilib.

Bildirilib ki, həmin istiqamətə hərəkət edən marşrut İranda dağlıq ərazilərdən keçdiyindən hərəkət edə bilmir. Yolların buz bağlaması və hava şəraiti həmin ərazilərdən keçən yollar avtomobillərin hərəkəti üçün təhlükəlidir. Buna görə də reysin təxirə salınması barədə qərar qəbul edilib.

Avtovağzaldan bildirdilər ki, artıq sərnişinlər biletləri geri qaytarıblar.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm