Bakı metrosunda ölüm
Bizi izləyin

Qırmızı.az

Bakı metrosunda ölüm

Bu gün səhər saatlarında metronun “28 May” stansiyasında ölüm hadisəsi baş verib.

Bakı Metropoliteninin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, hadisə 11:30 radələrində baş verib.

“Metronun “Nizami Gəncəvi”stansiyasından “28 May” istiqamətində hərəkət edən 30 saylı marşrutda bir nəfər sərnişinin halı pisləşib. O, “28 May”stansiyasında qatardan endirilib. Dərhal təcili yardım çağırılıb. Lakin həkimlər gələnə qədər artıq həmin şəxs ölüb. Ölən şəxs 1954-cü il təvəllüdlü Mironov Valeriy Alekseyeviçdir. Ölüm səbəbi bəlli deyil. Meyit aidiyyəti üzrə təhvil verilib. Ekspertizadan sonra ölümün səbəbi bəlli olacaq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm