Ağstafada atlı TIR-ın altında qaldı - FOTO
Bizi izləyin

Qırmızı.az

Ağstafada atlı TIR-ın altında qaldı - FOTO

Ağstafa rayon Dağkəsəmən kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az-ın məlumatına görə, kəndin 54 yaşlı Yusifov Tunis Vəkil oğlu Qazax rayon ərazisindəki bulaqdan atla su gətirərkən yük maşını vurub.

Atla birlikdə TIR-ın altında qalan Yunis Yusifovun başı əzilib, atın isə arxa ayaqları sınıb. Kənd sakini aldığı xəsarətdən yerindəcə keçinib.

Şahidlərin dediyinə görə, TIR sürcüsü qəza yerindən qaçıb.

Yaralı vəziyyətdə yerdə qalan at isə başqa bir qəzayasəbəb olub. Qəzadan bir necə dəqiqə sonra yolda hərəkət edən minik avtomobilinin sürücüsü atı vurmamaq üçün manevr edərkən idarəetməni itirərək avtomobili yol kənarındakı istinad divarınaçırpıb. Avtomobilə ziyan dəysə də, ikinci qəzada xəsarət alan olmayıb .

Faktla bağlı DYP nin istintaq və təhqiqat şöbəsində cinayyət işi başlanılıb araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm