Müsəlmanlara qəbir yeri verilmir: Ölülər həyətlərdə dəfn edilir
Bizi izləyin

Qırmızı.az

Müsəlmanlara qəbir yeri verilmir: Ölülər həyətlərdə dəfn edilir

Rusiyanın Vladivostok şəhərində müsəlmanlar onlara məxsus qəbiristanlığın olmamasından əziyyət çəkir.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, şəhərdəki “İslam” dini təşkilatının sədri Rukman Kartoyev Primorsk vilayəti ictimai palatasının son iclasında müsəlman qəbiristanlığı üçün yer verilməsi məsələsini qaldırıb.

Əvvəllər ölülərini Artyom şəhərinin yaxınlığındakı xristian qəbiristanlığında dəfn etdiklərini deyən təşkilat sədri indi orada da yer tapılmadığını bildirib. O, hətta bəzilərin ölülərini həyətlərində dəfn etdiyini deyib.

“Bundan ilk növbədə yerli tatarlar əzab çəkirlər. Biz Şimali Qafqazdan gələnlər cəsədləri vətənə göndəririk. Biz müsəlman qəbiristanlığı üçün yer ayrılması xahişi ilə qubernatora növbəti məktubu yazmışıq", - Rukman Kartoyev ifadə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm