Bakıda 54 yol qəzası: 1 ölü, 5 yaralı
Bizi izləyin

Qırmızı.az

Bakıda 54 yol qəzası: 1 ölü, 5 yaralı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları bu gün də gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər.

Publika.az-a bununla bağlı açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun sözlərinə görə, paytaxt yollarında nəqliyyat vasitələrinin hərəkətində ciddi problem yoxdur.

Vaqif Əsədov onu da qeyd edib ki, ötən gün ərzində maddi zərərlə nəticələnən 54 yol qəzası qeydə alınıb: “Sürücülər tərəfindən yol və meteoroloji şərait düzgün nəzərə alınmadığından dünən avtomobillərin sürüşüb bir-birinə dəyməsi ilə nəticələnən avtoqəzalar baş verib. Yəni, adi günlərdən fərqli olaraq ötən gün yol qəzalarının sayı artıb. Ümumilikdə, dünən 5 xəsarət və 1 ölümlə nəticələnən 54 yol qəzası qeydə alınıb”.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm