Bakıda avtobus piyadanın üstündən keçdi
Bizi izləyin

Qırmızı.az

Bakıda avtobus piyadanın üstündən keçdi

Dəhşətli yol qəzası Bakının Səbail rayonunda baş verib

Bakıda sərnişin avtobusu piyadanın üstündən keçib. Dəhşətli yol qəzası Bakının Səbail rayonunda baş verib. Milli.Az Rayon Polis İdarəsinə istinadən xəbər verir ki, 20-ci Sahə ərazisində 24 yaşlı Fərid Qarayev idarə etdiyi “Daewoo” markalı 120 saylı marşrut avtobusu ilə yolu keçmək istəyən 45 yaşlı Oleq Stolyarovu vurub.

Yaralı xəstəxanaya yerləşdirilsə də, başından ağır xəsarət aldığından gecə saatlarında keçinib. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm