Qırmızı.az
Ali məktəbdən xaric olunan tələbələrin sayı açıqlandı
2014-cü ildə Azərbaycan Dillər Universitetindən (ADU) 18 tələbə xaric olunub ki, onlardan 10-u öz ərizəsi ilə, 5-i dərslərdə iştirak etmədiyinə, 3-ü isə təhsillərini başqa təhsil müəssisələrində davam etdirdiklərinə görə (2 nəfər tələbə Naxçıvan Dövlət Universitetində, 1 nəfər tələbə İngiltərə universitetində) xaric olunub.
Bu barədə Report.az-ın sorğusuna cavab olaraq ADU-nun İctimaiyyətlə əlaqələr Departamentinin müdir əvəzi Şəfaqət Kazımova bildirib.
Onun sözlərinə görə, 2014-cü ildə universitetdən 28 müəllim işdən azad edilib. Onlardan 24-ü öz xahişi ilə, 4-ü isə müqavilə müddətlərinin bitməsi səbəbi ilə işdən azad edilib. 4 müəllim rəhmətə gedib, 26 müəllim barədə nizam-intizam qaydalarını pozduqlarına görə müvafiq tədbirlər görülüb.
Azərbaycan Tibb Universitetindən (ATU) "Report"un sorğusuna cavab olaraq da bildirilib ki, 2013-2014-cü tədris ilində 30 tələbə Universitetdən xaric olunub: "Bunun səbəbi tələbələrin təhsillərini xarici ölkələrin təhsil ocaqlarında davam etdirmək istəyidir. Hazırda isə ATU-da ümumilikdə 6796 tələbə təhsil alır. Yerli tələbələrin sayı 5399, xarici tələbələrin sayı isə 852-dir. Kursda qalan tələbəmiz olmayıb. Çünki ATU-da təhsil kredit sistemi ilə həyata keçirilir".
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK