Qırmızı.az
Sülhməramlılarımız Əfqanıstana yola salındı - FOTO
Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (İSAF) tərkibində
Əfqanıstan İslam Respublikasında fəaliyyət göstərən Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin 39 nəfərdən ibarət qrupunun plana
uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınması ilə
əlaqədar “N” saylı hərbi hissədə mərasim keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən
məlumata görə, mərasim iştirakçıları əsgərlərimizə uğurlar
arzulayıb, Azərbaycanı layiqincə təmsil etməyi tövsiyə ediblər.
Yeni tapşırığa əsasən sülhməramlılarımız paytaxt Kabuldakı
beynəlxalq hava limanını qoruyacaqlar.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı
sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 94 hərbi qulluqçusu, o
cümlədən iki hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə iki
zabiti Əfqanıstanda beynəlxalq sülhyaratma missiyasında iştirak
edir.
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO