Bu magistralda sürət həddi dəyişdirildi
Bizi izləyin

Qırmızı.az

Bu magistralda sürət həddi dəyişdirildi

Bakı 3-cü kənar dairəvi yolda dəyişdirilmiş sürət həddi yaxın dəqiqələrdə əvvəlki vəziyyətinə qaytarılıb.

Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) müraciətinə əsasən, hava şəraiti, yolların buz bağlaması nəzərə alınmaqla yolda quraşdırılmış elektron tablolarda sürət həddi dəyişdirilmişdi: “Həmin yolun 1-ci kilometrliyində sürət həddi üç zolaq üzrə müvafiq olaraq 110-110-90 km/saat idi. Onlar müvafiq olaraq 80-80-60 km/saata endirilmişdi. 12-ci kilometrlikdə üç zolağın hər üçündə sürət həddi 110 km/saat idi. Onlar da müvafiq olaraq 80-60-60 km/saata qədər azaldılmışdı”.

P.Mürsəliyev qeyd edib ki, hava şəraiti normallaşdığından artıq 3-cü kənar dairəvi yoldakı elektron tablolarda düzəliş edilib və sürət həddi əvvəlki səviyyəsinə qaytarılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm