Bakıda 3 maşın toqquşdu: 2 ölü, 2 yaralı
Bizi izləyin

Qırmızı.az

Bakıda 3 maşın toqquşdu: 2 ölü, 2 yaralı

Qaradağ rayonunun Lökbatan qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Pulbika.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Lökbatan qəsəbəsində Bakı şəhər sakini Elxan Ağalıyevin idarə etdiyi “Daewoo”, Sumqayıt şəhər sakini Əsəd Həmzəyevin idarə etdiyi “Mercedes” və Salyan rayon sakini Saleh Şükürovun idarə etdiyi “Daewoo-Nexia” markalı avtomobillər toqquşub. S.Şükürov və sərnişinlərindən - Rusiya Federasiyası vətəndaşı Arzu Xəlilova hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm