Dərisini soyub sevgilisinə göndərdi - FOTO
Bizi izləyin

Qırmızı.az

Dərisini soyub sevgilisinə göndərdi - FOTO

Bu addım bəzilərində onun çox qoçaq, digərlərində isə dəli olması təəssüratını yaradıb

Böyük Britaniyada yaşayan 26 yaşlı Torz Reynolds qolunun dərisini soyaraq keçmiş sevgilisinə göndərib.

Qolunun həmin hissəsində döymə olub.

Stuyart Çopel Mey qıza Alyaskada iş tapdığını və ora köçməli olduğunu bildirib. Ona görə də bundan sonra onunla birgə ola bilməyəcəyini deyib.

Torez onu hava limanına kimi ötürüb və göz yaşları içərisində ayrılıblar. Lakin qız sonradan öyrənib ki, sevgilisi heç yerə getməyib, hələ də Londonda yaşayır. O, yarım il başqa qızla görüşməyə başlayıb və artıq onun evinə köçüb.

Vəfalı qız Styuartın ev ünvanını öyrəndikdən sonra qərara gəlib ki, əl dərisində sevgilisinin adına "tatuirovka" döydürüb ona göndərsin. Bir tikə dərini kəsib götürməsi üçün Torezə cərrah bıçağı və bir butulka spirtli içki lazım olub. Qız heç bir anesteziyadan istifadə etməyib. Dərinin kəsilməsi üçün aparılan “əməliyyat” 1 saat çəkib. Bundan sonra kəsilmiş dərini bir bankaya yerləşdirərək hədiyyə qutusuna qoyub və keçmiş sevgilisinə göndərib.

Britaniyalının hərəkəti bəzilərində onun çox qoçaq, digərlərində isə dəli olması təəssüratını yaradıb.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm