Bakıda bu küçələrdən keçməyin
Bizi izləyin

Qırmızı.az

Bakıda bu küçələrdən keçməyin

Bakının bəzi küçə və yollarında tıxac var.

Bu barədə Publika.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Məlumata görə, hazırda Yusif Səfərov küçəsindən “28 May” metrosu istiqamətində - Neftçilər Xəstəxanasının yanında tıxac var.

Həsən Əliyev küçəsindən ASAN xidmətin qarşısına doğru və Ş. İ. Xətai prospektində - Təhsil Nazirliyinin qarşısında avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur.

Sürücülərə müvafiq olaraq Bakıxanov prospekti və Təbriz küçələrindən istifadə etmək tövsiyə olunur.

Qeyd edək ki, paytaxtın əsas prospektlərindən olan Atatürk prospekti yol xətlərinin rənglənməsi səbəbindən dünəndən bağlıdır. Yolun nə zaman açılacağı isə məlum deyil.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm