Axta­rışda olan 252 nəfər tutuldu
Bizi izləyin

Qırmızı.az

Axta­rışda olan 252 nəfər tutuldu

Ötən ay dövlət sərhədini pozduğu üçün 35 nəfər saxlanılıb.

Publika.az Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinə istinadən xəbər verir ki, ay ərzində dövlət sərhədini pozduqlarına görə 28 halda 35 nəfər saxlanılıb. Onların 20 nəfəri Azərbaycan Respublikası, 3 nə­fəri İran İslam Respublikası, 3 nəfəri Türkiyə, 3 nəfəri Qır­ğızıstan, 2 nəfəri Özbəkistan, hər ölkədən bir nəfər olmaqla Qaza­xıstan, Rusiya Federasiyası, Gürcüstan və Moldova vətəndaşı olub. Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 5 halda 9 nəfər, Xəzər dənizində 6 halda 9 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

Cina­yətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azər­baycan Res­publikası hüquq-mühafizə orqanları tərəfindən axta­rışda olan 252 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 16 halda 28 kiloqram 215 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində hə­ya­ta keçirilmiş tədbirlər nəticəsində 64 halda ümumi dəyəri təq­ribən 846 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd TOZ-8 markalı tüfəng, 6 ədəd pnevmatik tapança, 20 ədəd pnevmatik patron, 6 ədəd beşbarmaq, 1 ədəd gecəgörmə cihazı, 180 ədəd qabyuyan maşın, 188 ədəd mobil telefon, 36936 ədəd pirotexniki vasitə, 76 ədəd fişəng, 1392 qutu siqaret, müxtəlif növ dərman preparatları, spirtli içki, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm