22 qadını öldürən manyak milis zabitinə ömürlük həbs
Bizi izləyin

Qırmızı.az

22 qadını öldürən manyak milis zabitinə ömürlük həbs

İrkutsk Vilayət Məhkəməsi keçmiş milis zabiti Mixail Popkovu ömürlük həbs cəzasına məhkum edib.

Publika.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, o, 1994-2000-ci illər aralığında Anqarsk şəhərində 22 qadını öldürüb.

14 yanvarda baş tutan məhkəmə prosesi qapalı keçirilib.

Məhkəmə prosesi zamanı şahidlər dindirilib, qurbanların qohumları ifadə verib.

1994-2000-ci illər aralığında Anqarskda bir neçə qadın naməlum şəraitdə yoxa çıxıb. İtkin düşənlərin meyiti sonradan şəhərin müxtəlif istiqamətlərində çılpaq halda tapılıb. Onların hamısının üzərində zorakılıq əlamətləri olub.

Meyitlərdən bəzilərinin yanında “Niva” markalı avtomobilin təkərinin izləri aşkarlanıb. Bu fakt müstəntiqləri Mixail Popkovun izinə çıxarıb.

Manyak həbs edilərkən Anqarsk Milis İdarəsinin əməliyyat-istintaq şöbəsində vəzifə tuturmuş.

İstintaq zamanı 2 mindən çox şahid ifadəsi alınıb, 300 tibbi ekspertiza keçirilib.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm