Sumqayıtda şagirdi döyən müəllimə cəzalandırıldı
Bizi izləyin

Qırmızı.az

Sumqayıtda şagirdi döyən müəllimə cəzalandırıldı

Sumqayıt şəhər 37 saylı orta məktəbin 6-cı sinif şagirdi Pünhan Tanrıverdiyevin Emin adlı sinif yoldaşı və Gülşarə Quliyeva adlı sinif rəhbəri tərəfindən döyülməsi ilə bağlı Sumqayıt Şəhər Təhsil Şöbəsi, eləcə də polis idarəsi tərəfindən müvafiq araşdırma aparılır.

Publika.az-a bu barədə açıqlama verən adıçəkilən məktəbin direktoru Elşad Eyvazovun sözlərinə görə, hazırda Sumqayıt Şəhər Polis İdarəsinin və Sumqayıt Şəhər Təhsil Şöbəsinin əməkdaşları orta məktəbdədirlər:

“Şikayətçi olan valideyn Sitarə xanım da burdadır. Aidiyyəti təşkilatlar məsələ ilə bağlı məlumat aldıqdan sonra dərhal reaksiya veriblər. Onlar məktəbimizdədirlər, araşdırma aparırlar. Biz də öz növbəmizdən araşdırma aparırıq. Digər şagirdin valideyni də məktəbə çağırılıb. Qeyd edim ki, Sitarə xanımın övladı hazırda məktəbdədir, dərsinə davam edir”.

37 saylı orta məktəbin direktoru bildirib ki, Sumqayıt Şəhər Polis İdarəsinin və Sumqayıt Şəhər Təhsil Şöbəsinin əməkdaşlarının araşdırmalarından sonra sinif rəhbəri Gülşarə Quliyevaya töhmət verilib: «Sinif rəhbəri orta məktəbdə tərbiyə işini zəif təşkil etdiyi üçün ona töhmət verildi. Aidiyyəti orqanlar araşdırmalarını davam etdirirlər. Narahatlığa əsas yoxdur».

6-cı sinif şagirdi Pünhan Tanrıverdiyevin valideyni Sitarə Zəngəzurlu sinif rəhbərindən şikayətçi olduğunu qeyd etməklə yanaşı, bildirdi ki, hadisə Gülşarə Quliyevanın diqqətsizliyi nəticəsində baş verib: “Hazırda Elşad Eyvazovun iştirakı ilə aidiyyəti qurumların əməkdaşları Gülşarə xanımla müvafiq söhbət aparırlar. Sumqayıt Şəhər Təhsil Şöbəsindən aparıcı inskpektor da burdadır. Hazırda məsələ ilə bağlı araşdırmalar gedir. Sumqayıt Şəhər Polis İdarəsindən də əməkdaşlar gəlmişdi. Onlar məndən izahat alıb getdilər. Məsələ obyektiv araşdırıldı və həmin müəllimə öz cəzasını aldı”.

Məsələ ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsindən Publika.az-a verilən məlumatda qeyd olunur ki, artıq polis əməkdaşları baş vermiş insidentlə əlaqədar 37 saylı orta məktəbdə olub, tərəfləri dinləyiblər.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm