Alimlərin öz poliklinikası olacaq
Bizi izləyin

Qırmızı.az

Alimlərin öz poliklinikası olacaq

“Elmin sosial problemləri də AMEA-nın diqqət mərkəzində olub. Bu yaxınlarda akademiyanın alimlərinin çoxdan arzuladığı AMEA poliklinikasının layihəsi hazırlanıb. Ümid edirik ki, qısa zamanda layihə işləri yekunlaşıb, tikinti işləri başlanacaq”.

Publika.az-ın məlumatına görə, bu barədə AMEA prezidenti Akif Əlizadə hesabat çıxışında deyib.

A.Əlizadə bildirib ki, akademiyanın yeni nizamnaməsi də hazırlanıb. Onun sözlərinə görə, AMEA yeni hüquqi formatda işləməyə başlayıb.

“Alimlərin yataqxanasının yerində inşa olunan binanın tikintisi yekunlaşmaqdadır. Hesab edirəm ki, yaxın zamanda həmin tikinti işləri yekunlaşacaq, alimləri sevindirəcək xəbərlər verəcəyik. Ötən il Akademiyanın bir sıra xarici ölkələrlə memorandumları imzalanıb”.

A.Əlizadə innovativ baxımdan aparılan yeniliklərdən də danışıb.

“Biznesmenlərlə danışıqlar aparmağa hazırıq. Bu, bir yenilikdir. Akademiya ötən ildən tədricən büdcədənkənar vəsaitlər əldə etməyə başlayıb. Bu, hələ ki ilk addımlardır. Bu, sevindirici haldır ki, biznes rəhbərləri, holdinqlər Akademiyaya diqqəti artırıblar. Onlar da elmi yeniliklərin istehsalata cəlb edilməsini hiss edirlər”.

Elmi yeniliklərdən danışan A.Əlizadə bildirib ki, fiziklər, bioloqlar fotosintez sahəsində işlərini davam etdirirlər və bu sahədə uğurlu yeniliklər əldə edlib. Terapevtik zülallar əldə edilib. İnformasiya texnologiyaları baxımından akademiayadan öndə gedən yoxdur. Bunu dəqiq hesablamamışıq, lakin hesab edirəm ki, bu belədir. Geoloqlar da işlərini uğurla davam etdirir. Bundan başqa institutlarımız başqa ölkələrlə şərikli laboratoriyalar yaradıb istifadə edirlər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm