AMEA bu il magistraturaya qəbul keçirəcək
Bizi izləyin

Qırmızı.az

AMEA bu il magistraturaya qəbul keçirəcək

Magistratura AMEA üçün vacib məsələdir. Bu il fevral ayında magistraturaya qəbul imtahanında AMEA-ya da qəbul aparılacaq.

Publika.az xəbər verir ki, bu barədə AMEA prezidenti Akif Əlizadə jurnalistlərə açıqlamasında deyib.

“Qəbul 7 ixtisas üzrə aparılacaq. Dilçilik, antropologiya, nəzəri fizika, geologiya, kimyəvi genetika və kataliz, molekulyar biologiya və bitkilərin seleksiyası ixtisaslarıdır. Bu, pilot layihə kimi irəli sürülüb. Çünki bununla bağlı bir sıra kriteriyalar var. Ona cavab vermək lazımdır”.

Akademiyada magistratura təhsili ali təhsil müəssisələrindən fərqlənəcək, yalnız elm üzrə ixtisaslaşacaq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm