Akif Əlizadə: “Onlar pulumuz yoxdur deyir, mən də deyirəm tapın”
Bizi izləyin

Qırmızı.az

Akif Əlizadə: “Onlar pulumuz yoxdur deyir, mən də deyirəm tapın”

“Alimlərin xarici ezamiyyətə göndərilməsi üçün verilən vəsait bizi qane edir. Lakin daxili ezamiyyət üçün ayrılan xərclərdə problem var”.

Publika.az-ın məlumatına görə, bu barədə AMEA prezidenti Akif Əlizadə mətbuat konfransında deyib.

“Ezamiyyə xərcləri deyəndə biz əsasən, ekspedisiyalar üçün ayrılan xərclərə diqqət çəkirik. Ekspedisiyaya gedən alimlərə əlavə vəsait ayrılmalıdır. Çünki bu, alimin araşdırmasının bir hissəsidir. Bu məsələni bir neçə dəfə qaldırmışam. Əfsuslar olsun ki, bu məsələ həll olmayıb. Bu məsələyə müvafiq qurumlar tərəfindən baxılmaqdadır. Mənim mövqeyim qətidir. Onlar pulumuz yoxdur deyir, mən də deyirəm tapın”.

"Elm haqqında qanun"da özəl elmi müəssisələrin yaranması məsələsinə münasibət bildirən A.Əlizadə qeyd edib ki, həmin müəssisələr akademiyanın işini asanlaşdıracaq:

“AMEA özəl elmi müəssisələrin yaranmasından narahat deyil. Alimlərimiz həmin müəssisələrə yönələ bilərlər. Lakin həmin müəssisələrin Akademiya səviyyəsinə çatmasını düşünmürəm. Çünki onlar konket istiqamətə yönəlmiş olacaq. Həmin müəssisələrin fəaliyyəti dar çərçivəni əhatə edəcək”.

A.Əlizadə gənc alimlərin xarici ölkələrdə təhsil məsələsinə də toxunub.Bildirib ki, bu məsələ hər zaman AMEA-nın diqqətindədir.

“Büdcə vəsaitlərin bir hissəsi alimlərin xarici ölkələrdə təcrübə keçməsinə yönəldəcəyik. Bu barədə seçimi ciddi aparırıq. Müraciət edən 50 nəfərdən 10-nun göndərilməsi uğurlu nəticədir. İnstitutlara da müraciət edirəm ki, təklifləri göndərəndə doğru seçim etsinlər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm