Zibillikdən tapılan pul kimsəsiz uşaqları sevindirdi - FOTO
Bizi izləyin

Qırmızı.az

Zibillikdən tapılan pul kimsəsiz uşaqları sevindirdi - FOTO

Məişət tullantıları arasından toplanan qəpiklərlə kimsəsiz uşaqlar üçün hədiyyələr alınıb. Bu barədə Publika.az-a “Təmiz şəhər” ASC-nin mətbuat xidmətinin rəhbəri Vüqar Baba bildirib.

Onun sözlərinə görə, ötən aylar ərazində Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda məişət tullantılarının çeşidlənməsi zamanı ümumi tullantı kütləsi arasından çeşidlənən qəpiklər Mərkəzi Banka verilib.

Bankdan həmin qəpiklərin dəyərində ödənilmiş pulla isə "Təmiz Şəhər" ASC hədiyyələr alaraq Lökbatan qəsəbəsində yerləşən uşaq evinə hədiyyə edib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm