Qəbələ rayonunun 100 000-ci sakini dünyaya gəlib
Bizi izləyin

Qırmızı.az

Qəbələ rayonunun 100 000-ci sakini dünyaya gəlib

Qəbələ rayonunun 100 000-ci sakini dünyaya gəlib.Trend Kanal S-ə istinadən məlumat verir ki, bu xoşbəxtlik Mirzəbəyli kəndində yaşayan Kərimovlar ailəsinə nəsib olub. Doğuş ötən gecə saat 05:35-də Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. 3 kiloqram çəkidə doğulan oğlan uşağı ailənin ikinci övladıdır. Körpənin vəziyyəti normaldır.

Qəbələ rayonunun 100 000-ci sakinin dünyaya gəlməsi münasibətilə rayon İcra Hakimiyyəti və Qızıl Aypara Cəmiyyəti anaya hədiyyələr təqdim edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm