Metroda gərginlik: eskalator dayandı
Bizi izləyin

Qırmızı.az

Metroda gərginlik: eskalator dayandı

Bu gün səhər saatlarında metronun “Elmlər Akademiyası” stansiyasında eskalatorda nasazlıq olub. Bu da sərnişinlər arasında narahatlığa səbəb olub.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Publika.az-a verdiyi məlumata görə, hadisə 08:48-də baş verib.

“Elmlər Akademiyası” stansiyasında 3 eskalator işləyir. Səhər saatlarında eskalatorların ikisi qalxmaq, biri eniş üçün istifadə edilib. Yuxarı qalxan eskalatorların birində yürüyün rezini çıxıb. Bir neçə dəqiqə hərəkət dayanıb. Eskalatorun hərəkəti 08:52-də bərpa edilib”.

N. Paşayev hadisə nəticəsində xəsarət alanların olmadığını bildirib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm