Qırmızı.az
Sürücülərə bal verilməyəcək
Azərbaycanda yol hərəkəti qaydalarının pozuntusuna görə bal
sisteminin ləğvi nəzərdə tutulur. Bunu Trend-ə açıqlamasında Daxili
İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ)
İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovniki Kamran
Əliyev deyib.
K.Əliyev bildirib ki, bu barədə məsələ daxili işlər naziri Ramil Usubovun imzası ilə Azərbaycan Prezidenti Administrasiyasına təqdim olunan təkliflər zərfində qeyd olunub.Onun sözlərinə görə, təkliflər əsas etibarilə yol polisinin vətəndaşlarla ünsiyyətinin minimuma endirilməsi, vətəndaş məmnunluğunun təmin olunması ilə bağlıdır.
K.Əliyev qeyd edib ki, bal sisteminin ləğvi sürücü tərəfindən
əvvəllər törədilmiş müvafiq inzibati xətalarla bağlı araşdırma
aparmaq zərurətini aradan qaldıracaq: "Ancaq sürücülər də elə başa
düşməsinlər ki, elə bu bal sistemi ləğv edilirsə, biz necə istəsək,
maşını sürə bilərik, nə qədər istəsək, qaydaları poza bilərik, bu
ancaq cərimə ilə nəticələnəcək və qayda pozuntusuna görə bizim
sürücülük hüququmuz məhdudlaşdırıla bilməz. Xeyr. Bəzi ağır
qəzalara səbəb ola biləcək qayda pozuntularına görə, yəni onların
il ərzində təkrar və yaxud üçüncü dəfə törədilməsinə görə
sürücülərin sürücülük hüququnun məhdudlaşdırılması nəzərdə tutulur.
Yəni sürücülük hüququnun məhdudlaşdırılması qanunvericilikdə yenə
qalır. Sadəcə bu, bal ilə hesablanmayacaq, ancaq müəyyən ciddi
qayda pozuntularının təkrar və ya il ərzində üçüncü dəfə
törədilməsi ilə bağlı olması nəzərdə tutulur".
BDYPİ rəsmisinin sözlərinə görə, təkliflərdə hətta
qeyri-avtomatik rejimdə müəyyən olunan bir çox qayda pozuntularının
da avtomatik rejimə keçirilməsi nəzərdə tutulur ki, bu da yollarda
vətəndaşın həm yol patrul inspektoru ilə, həm də inzibati
materialların baxılmasında yol polisi əməkdaşı ilə təmasının
minimuma endirilməsi məqsədini daşıyır:
"Təkliflərdən biri budur ki, qanunvericiliyə müəyyən dəyişikliyin
edilməsi ilə əlaqədar qayda pozuntularının, demək olar, əksəriyyəti
elektron sənəd formasında təqdim olunacaq. Yəni indiyə qədər
avtomatik rejimdə qeydə alınan qayda pozuntuları, misal üçün, bir
çox müşahidə kameraları vasitəsilə qayda pozuntusu qeydə alınanda,
o inzibati materialın baxılması üçün vətəndaş polisə dəvət
edirdisə, artıq müşahidə kameraları vasitəsilə qeydə alınan qayda
pozuntularının özü də avtomatikləşdirilir və elektron sənəd
formasında protokol tərtib edilərək nəqliyyat vasitəsinin
istifadəçisinin ünvanına göndəriləcək".
K.Əliyev qeyd edib ki, təklif olunan yeniliklərdən biri də odur ki,
əvvəllər sənəd formasında protokol, görüntü göndərilirdisə və
alınandan sonra on gün müddət verilirdi ki, vəsadət qaldırılsın və
sonra qərar çıxsın, artıq təklifdə bu, elektron protokolla birgə,
kağız daşıyıcıda o inzibati xəta üzrə qərar da həmin vətəndaşa
göndəriləcək və qərarın qanuni qüvvəyə minməsinin 10 gün müddətində
vətəndaşa imkan veriləcək ki, o, vəsadət qaldıra bilsin:
"Əgər vətəndaş vəsadət qaldırmasa, qərarla razılaşmış hesab olunur
və gedib istədiyi bankda, poçtda bu cərimə məbləğini ödəyə biləcək.
Yəni bu, inzibati xətalara baxma işinin həm də təkmilləşdirilməsi
və sadələşdirilməsidir ki, vətəndaşlar artıq əziyyət çəkməsinlər,
dövlət orqanlarına getməsinlər, orada vaxt itirməsinlər. Yəni bu
təkmilləşdirmə, sadələşdirmə vətəndaşın qayda pozuntusuna görə daha
rahat ödəniş etməsinə şərait yaradılması ilə bağlıdır".
Qeyd edək ki, Prezident İlham Əliyev "ASAN xidmət" mərkəzlərində
həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin
genişləndirilməsi və "Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan
Prezidentinin 2012-ci il 5 sentyabr tarixli fərmanında
dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Fərmanda qeyd olunub ki, Prezidentinin Administrasiyası yol
hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara dair işlərə
baxılma qaydası və nəqliyyat vasitələrinin dövlət qeydiyyatının
aparılması qaydası ilə bağlı şəffaf və operativ mexanizmin tətbiq
edilməsi barədə təkliflərini iki ay müddətində hazırlayıb
Azərbaycan Prezidentinə təqdim etməlidir.
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO