Səhiyyə Nazirliyi vakansiya elan etdi
Bizi izləyin

Qırmızı.az

Səhiyyə Nazirliyi vakansiya elan etdi

Klinikada 12 nəfər tibb bacısına ehtiyac var

Səhiyyə Nazirliyi 5 nömrəli Şəhər Klinik Xəstəxananın “Yanıq şöbə”si üzrə tibb bacısı vakansiyası elan edib.

Publika.Az-ın nazirliyin saytına istindən verdiyi xəbərə görə, klinikada 12 nəfər tibb bacısına ehtiyac var.

Sənədlər hər gün saat 9:30-dan-12:00-dək qəbul olunur. Müsabiqədə iştirak etmək istəyən namizədlər 13.01.2014-cü il tarixindən 30 günədək müvafiq sənədləri təqdim etməlidirlər.

Tələb olunan sənədlər isə müəssisə rəhbərinin adına yazılmış ərizə, şəxsiyyət vəsiqəsinin sürəti, təhsil və ixtisas haqqında sənədlərin sürətləri, əmək kitabçasının sürəti (mövcud olduğu halda), sağlamlıq haqqında arayışdır.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm