DİN əməkdaşı 20 kilo heroinlə yaxalandı
Bizi izləyin

Qırmızı.az

DİN əməkdaşı 20 kilo heroinlə yaxalandı

Moskva narkopolisi Rusiya DİN mərkəzi aparatının əməkdaşını və bir nəfər narkotaciri yaxalayıb.

Axar.az xəbər verir ki, Rusiya federal xidmətinin məlumatına görə, idarənin çevik əməkdaşları iki nəfər narkotik taciri həbs edib, 20 kq heroin qanunsuz dövriyyədən çıxarılıb.

Əməliyyat etnik mütəşəkkil cinayətkar qrup əleyhinə operativ-axtarış nəticəsində həyata keçirilib. Tacikistan vətəndaşı olan alıcı “tədarükçü” ilə görüş zamanı yaxalanıb.

Satıcının şəxsiyyəti isə əməlli-başlı maraq doğurub. O, milliyyətcə tacik olsa da, on ildən artıqdır ki, Rusiya Federasiyası vətəndaşlığı alıb. Ancaq onun tərcümeyi-halının ən maraqlı məqamı iş yeri ilə bağlıdır. Narkotik satıcısı Rusiya DİN mərkəzi aparatının əməkdaşıdır.

O, 2009-cu ildən DİN mərkəzi aparatında xidmətə daxil olub. Press-relizdə qeyd olunur ki, onun vəzifə öhdəlikləri sırasına idarənin strukturlarından birinin yüksək rütbəli rəhbəri ilə sıx münasibət də daxil imiş. O, DİN-in Balaşixdəki yataqxanasında yaşayıb və buradan heroinin saxlanması və qablaşdırılması üçün istifadə edib. Mənzildə aparılan axtarış zamanı müxtəlif şəkillərdə bükülmüş 20 kiloqrama qədər heroin aşkar edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm