Qırmızı.az
DİN ötən gün Azərbaycanda baş verən partlayışlarla bağlı məlumat yaydı
Daxili İşlər Nazirliyi (DİN) ötən gün Binəqədi, Xətai və Biləsuvar rayonlarında baş verən partlayış hadisələri ilə bağlı məlumat yayıb.
Publika.az-ın nazirliyin saytına istinadən verdiyi
məlumata görə, fevralın 13-də saat 10 radələrində Binəqədi
rayonunun Süleyman Sani Axundov küçəsində istifadə olunmayan
yarımçıq tikilidə təbii qazın sızmasından partlayış baş verib.
Nəticədə tikili dağıldığından yaxınlıqdakı ticarət obyektlərinin və
yaşayış evlərinin şüşələri sınıb, Azad Möhbalıyevə
məxsus “Mercedes” markalı avtomobilə qismən ziyan dəyib, xəsarət
almış Bakı şəhər sakinləri Fillurə Budaqovaya,
Afiyyət İbadovaya, Tamella
Səfərovaya, Şücaət Qədimovaya və
Tərlan Kazımova xəstəxanada ilkin tibbi yardım
göstərilib.
Fevralın 13-də saat 16 radələrində Xətai rayonu Ramiz Quliyev
küçəsində yerləşən “LUKOİL” yanacaqdoldurma məntəqəsinə məxsus
çəndə qaynaq işləri aparılarkən partlayış baş verib. Nəticədə
qaynaqçı Şamxal Orucov və fəhlələrdən
Həsrət İmamverdiyev ölüb, digər fəhlə
Həşim Turabova xəstəxanada ilkin tibbi yardım
göstərilib.
Fevralın 13-də saat 15.40 radələrində Biləsuvar şəhərinin ərazisində yerləşən qaynaq sexində yanacaq daşıyan “KamAZ” markalı avtomobilin çənində qaynaq işləri aparılarkən partlayış baş verib. Nəticədə sürücü, Kəngərli rayon sakini Şaiq Cəfərli və Biləsuvar şəhər sakini Əjdər Poladovölüblər, Baloğlan Poladov xəstəxanaya yerləşdirilib.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK