Deputatlar Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyətini qiymətləndirdi
Bizi izləyin

Qırmızı.az

Deputatlar Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyətini qiymətləndirdi

Xüsusilə də vətəndaşların müraciəti üçün gözəl şərait yaradılıb.

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Prokurorluq haqqında” və ”Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunlara əlavə və dəyişiklikər müzakirə olunub.

Publika.Az-ın məlumatına görə, layihələr barədə Milli Məclisin Hüquq siyasəti və Dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli məlumat verib. Müzakirələr zamanı çıxış edən deputat Fazil Mustafa Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyətini təqdir edib. O deyib ki, İdarədə vətəndaşın rahatlıqla müraciət etməsi imkanı yaradılıb: “Bu, dövlət idarələrində şəffaflığın olması baxımından vacibdir”.

F.Mustafa Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının tərkibinin genişləndirilməsinin zəruri olduğunu da söyləyib.Deputat Qüdrət Həsənquliyev də çıxışında F.Mustafanın dediklərini dəstəkləyib.

Deputat Rövşən Rzayev də çıxışında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyətini təqdir edib: “Biz bir müddət öncə Əli Hüseynli ilə birlikdə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində olduq, orada yaradılan şəraitlə tanış olduq. Xüsusilə də vətəndaşların müraciəti üçün gözəl şərait yaradılıb. Mən müzakirə edilən dəyişikliklərə də səs verəcəm”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm