Qırmızı.az
Yanvarın 20-də elektrik qatarlarında gediş-gəliş pulsuz olacaq
"20 yanvar tarixində saat 12:00-da anım dəqiqəsində qatarların hərəkəti dayandırılacaq, lokomotivlər həyəcan fiti verəcək".
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Publika.az-a verdiyi məlumata görə, həmin gün şəhərətrafı elektrik qatarlarında gediş-gəliş pulsuz olacaq:
“20 Yanvar faciəsinin 25-ci ildönümünün keçirilməsi ilə bağlı
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində Tədbirlər
Planı hazırlanıb.Tədbirlər Planına əsasən, Abşeron şəhərətrafı
zonada yanvarın 20-si saat 6:00-dan 23:00-dək hərəkət edən elektrik
qatarlarında gediş-gəlişin pulsuz təşkili həyata
keçiriləcək".
Tədbirlər Planına əsasən, Cəmiyyətin müəssisə və təşkilatlarında
20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anım tədbirləri
keçirilir, faciə zamanı şəhid olan və yaralanan dəmiryolçuların
ailə üzvlərinə maddi yardımlar edilir.
Eyni zamanda, anım günündə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətin kollektivi Şəhidlər Xiyabanını ziyarət edəcək.
Gülxar
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək