Regionlarda yaşayan müəllimlərin maaşı artırılacaq - nazir (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Regionlarda yaşayan müəllimlərin maaşı artırılacaq - nazir (YENİLƏNİB)

“Azərbaycanda yüksək nəticə göstərən müəllimlərlə zəif nəticə göstərən müəllimlər arasında dərs yükünün bölüşdürülməsi işi məktəb direktorları tərəfindən həyata keçiriləcək”.

Publika.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Regionlarda çalışan müəllimlərin əmək haqlarının artırılmasına gəlincə, M. Cabbarov bildirib ki, bu iş sistemli şəkildə həyata keçiriləcək.

"Bölgələrdə sınaq qiymətləndirməsi keçiriləcək. Sınaq qiymətləndirilməsinin bir gündə keçirilməsi təbii ki, qeyri-mümkündür”.

Nazir deyib ki, müəllimlərin gəlirlərinin aşağı olmasının səbəbi yalnız 1 saat əməyə görə ödənilən məbləğin aşağı olması deyil, həmçinin müəllimlərin iş saatının az olmasıdır.

O bildirib ki, Azərbaycanda dərs həftələrinin sayını və müəllimlərin dərs yükünü artırmaqla müəllimin əmək haqqında artıma nail olmaq olar: “Müəllimlərin 64 faizi il ərzində 408 saatdan az dərs deyir. Bu isə o deməkdir ki, onların həftəlik dərs yükü 17 akademik saatdan azdır".

M.Cabbarov prezidentin sərəncamının icrası barədə mexanizmin Nazirlər Kabineti tərəfindən müəyyən olunacağını əlavə edib.


Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm