12 min əcnəbiyə iş icazəsi verilib
Bizi izləyin

Qırmızı.az

12 min əcnəbiyə iş icazəsi verilib

Ötən il 37.608 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən Azərbaycan ərazisində olma, müvəqqəti və daimi yaşama qaydalarına əməl edilməməsi, habelə etibarsız sənədlərlə yaşama hallarına görə inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən olunub.

Dövlət Miqrasiya Xidmətindən (DMX) Publika.az-a verilən məlumata görə, bunu bu gün Xidmətdə 2014-cü ilin yekunlarına həsr olunmuş xidməti müşavirədə çıxışı edən DMX-rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev deyib.

Onun sözlərinə görə, əsas olduğu üçün onlardan 3.306 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 27.683 nəfərin ölkə ərazisini tərk etmələri ilə bağlı qərar verilib və 6.431 nəfər isə inzibati qaydada ölkə ərazisindən çıxarılıb.

Dövlət Miqrasiya Xidməti tərəfindən hesabat dövründə 12.000 əcnəbiyə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi verilib. Əcnəbi işçi qüvvəsindən istifadəni tənzimləyən qaydalara riayət edilməsinə dövlət nəzarətini həyata keçirən bir orqan kimi sahibkarlıq subyektlərində 257 yoxlama aparılıb, 164-də inzibati pozuntu aşkarlanıb və qanunsuz əmək fəaliyyəti ilə məşğul olduqları üçün 2543 əcnəbinin ölkə ərazisindən kənara çıxarılması təmin edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm