Qırmızı.az
İrandan Azərbaycana kartof gətirən maşın yandı - FOTO
Biləsuvar rayonunda İrandan Azərbaycana kartof gətirən
yük avtomobili yanıb.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, yanğın
zamanı yükə ziyan dəyməsə də avtomobilin kabinəsi yararsız
vəziyyətə düşüb.
Yük avtomobilində baş verən texniki nasazlıq yanğına səbəb olub.
Hadisə axşam saatlarında Biləsuvar -İran sərhədi avtomobil yolunun
Muğan kəndi ərazisində baş verib. İran İslam Respublikası vətəndaşı
Murtuza Məlikzadə sükanı arxasında olduğu qoşqulu yük avtomobili
ilə Biləsuvar istiqamətində hərəkətdə olarkən maşın qəfildən
alışıb.
Hadisə yerinə Biləsuvar yanğından mühafizə hissəsinin texnika və
canlı qüvvələri cəlb olunaraq alovun avtomobilin qoşqusundakı yükə
keçməsinin qarşısı alınıb. Ümumilikdə isə yanğın zamanı avtomobilin
iki təkəri və kabinə hissəsinə ciddi ziyan dəyib. İlkin ehtimala
görə yanğına avtomobilin mühərrik hissəsindəki naqillərdə baş verən
qısaqapanma səbəb olub.
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB