Bakıda taksi sürücüsü bıçaqlandı
Bizi izləyin

Qırmızı.az

Bakıda taksi sürücüsü bıçaqlandı

Bakıda kafedə bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, insident paytaxtın Xətai rayonunda, Nobel prospektində yerləşən "Lion" kafesində baş verib. Kafedə müştərilərdən biri ilə obyektin müştərilərinə xidmət göstərən taksi sürücüsü arasında mübahisə yaranıb. Mübahisə sonradan davaya çevrilib və taksi sürücüsü, 1983-cü il təvəllüdlü Naxçıvan sakini Qasımov Daşqın İlham oğlu bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər. Hadisəni törədən naməlum müştəri isə hadisə yerindən qaçıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsində araşdırma aparılır. Polis bölməsindən APA-ya verilən məlumata görə, yaralının və kafenin işçilərinin ifadəsi alınıb. Lakin taksi sürücüsünü bıçaqlayan şəxsi müəyyənləşdirmək hələlik mümkün olmayıb. Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm