Qaraciyərin içindən nələr çıxdı? - FOTO
Bizi izləyin

Qırmızı.az

Qaraciyərin içindən nələr çıxdı? - FOTO

Bakıdakı 7 saylı Cəzaçəkmə müəssisəsinə bir neçə telefon keçirmək cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Nazim Emin oğlu Acalovun yanına qısamüddətli görüşə gəlmiş bacısı, Bakı şəhər sakini Nailə Emin qızı Budaqovanın gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı ağ sellofana bükülmüş ət məhsulu – qaraciyərin içərisində xüsusi üsulla gizlədilmiş 3 ədəd “Nokia” və 1 ədəd “Samsung” markalı mobil telefon aparatı, 1 ədəd “Nar” danışıq kartı və 4 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Nazim Acalov Cinayət Məcəlləsinin 120.2.1; 120.2.5; 120.2.6; 120.2.10; 177.3.2; 228.1; 234.1; 66.3; 66.5 və 93.1.4 maddələrinə əsasən, 15 il müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm