Biləsuvardakı partlayışla bağlı cinayət işi qaldırılıb
Bizi izləyin

Qırmızı.az

Biləsuvardakı partlayışla bağlı cinayət işi qaldırılıb

Biləsuvarda baş vermiş partlayışla əlaqədar cinayət işi başlanmışdır

Biləsuvarda baş vermiş partlayışla əlaqədar cinayət işi başlanıb.

Biləsuvar şəhərində “KAMAZ” markalı yük avtomobilinin qoşqusunun üzərində olan yanacaq çənində yaranmış nasazlığı aradan qaldırmaq məqsədilə qaynaq işləri aparılan zaman yanğın baş verib.

Daha sonra, partlayış nəticəsində avtomobilin sürücüsü Şaiq Cəfərli və qaynaq işlərini aparan Əjdər Poladovun ölmələri, fəhlə Baloğlan Poladovun isə xəsarət alması faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

B.Poladov aldığı bədən xəsarətləri ilə əlaqədar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İş üzrə zəruri ekspertizalar təyin edilmiş və hazırda istintaq tədbirləri davam etdirilir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm