Qırmızı.az
Prokuror köməkçisinin öldüyü qəza ilə bağlı cinayət işi açıldı
Yanvarın 19-da saat 09 radələrində Bakı-Qazax avtomobil yolunun Ucar rayonunun Müsüslü kəndi ərazisində 1978-ci il təvəllüdlü Göyçay rayon sakini Qasımov Taryel Şahkərəm oğlunun Bakı istiqamətində idarə etdiyi betonqarışdıran yük avtomobili ilə 1962-ci il təvəllüdlü Bakı şəhər sakini Salahov Ehtiram Əkrəm oğlunun Qazax istiqamətində idarə etdiyi “Mersedes Benz E 270” markalı avtomobilin toqquşması zamanı minik avtomobili tamamilə, yük avtomobilinin isə qabaq hissəsi yanıb.
Hadisə nəticəsində minik avtomobilinin sürücüsü E.Salahov və həmin avtomobildə olan sərnişin Göyçay rayon prokurorunun böyük köməkçisi Qurbanov Emin Natiq oğlu ölmüş, yük avtomobilinin sürücüsü T.Qasımov isə xəsarət alıb.
Faktla bağlı Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış və müvafiq ekspertizalar təyin edilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
-
Nəqliyyat16:00
Elektrik benzinə qalib gələ bilmir: Minimum 10 il lazımdır ki...
-
Sosial14:51
Aprel ayından etibarən 4 günlük iş həftəsi tətbiq ediləcək
-
Hadisə14:16
Tələbə ürəktutmadan öldü - FOTO
-
Ekologiya12:05
Bakı-Şamaxı yolunda qar hərəkəti iflic etdi - VİDEO
-
Qoroskop11:12
Yeni il bu bürclərə düşərli olacaq
-
Sosial10:16
"Şokolad trendi" ilə bağlı fərqli videolar və TANINMIŞLARIN REAKSİYASI
-
Ekopublika.az10:00
Hamı evini satıb gedir: 3 otaqlı mənzillər 75 min manata...
-
Ekologiya09:33
Bakıya qar yağır - Faktiki hava