"Smart Telefonunu Sosiallaşdır!"
Bizi izləyin

Qırmızı.az

"Smart Telefonunu Sosiallaşdır!"

"Ağ Yol" Vətəndaş Hərəkatı yeni sosial kampaniyaya start verir

"Ağ Yol" Vətəndaş Hərəkatı yeni sosial kampaniyaya start verir.

Təşkilatın mətbuat xidmətindən Publika.Az-a "Smart Telefonunu Sosiallaşdır!" adı ilə başlanan kampaniya smartfon telefon istifadəçilərini aktiv əməkdaşlığa dəvət edir. Smart telefonlar bir çox özəlliklərə sahibdir. Ancaq biz bunun nə qədərini istifadə edirik? Təkcə mesaj yazmaq, zəng etmək və sosial şəbəkələrdən özəl istifadə? Smart telefonlarımızı istifadə edərək sosial şəbəkələrdə niyə də daha çox sosiallaşmayaq ki?

Sosial şəbəkə istifadəçiləri eyni zamanda smartfon istifadəçiləridir. "Ağ Yol" Vətəndaş Hərəkatı da bunu nəzərə alaraq, cəmiyyətimizi insanlarımızın gözü ilə göstərməyin daha səmərəli olacağını hesab edir. Smartfon və sosial şəbəkələrin birgə fəaliyyəti olduğumuz zamandan və məkandan asılı olmayaraq, şahidi olduğumuz hadisələr, təəccüblü və gülməli olayları, maraqlı əhvalatları görünütüyə alaq və sürətlə yüzminlərlə insana çatdıraq.

Qəza hadisəsi gördüz? Cibgirlik hadisəsinə şahid olduz? Metroda kiminsə ürəyi getdi? Piyadanı maşın vurdu? -Smartfonunuzu götürün və çəkin! Svetafor işləmir və tıxac yaranır? Avtoşlar avtoxuliqanlıq edir? Küçələrdə gülməli elanlar gördüz? Toy mərasimlərində sürpriz olaylar görürsüz? Yas mərasimlərində ayinlər düz icra edilmir? -Smartfonunuzu götürün və çəkin!

Həyatın istənilən sahəsində maraq yarada biləcək hadisələri smart telefonunuzla qeydə alın və "Ağ Yol"a göndərin. Şəkillər üçün məhdudiyyət yoxdur. Video-görüntülərin isə 3 dəqiqədən çox olmaması tövsiyyə edilir. Maraqlı zəncirvari hadisələr baş verirsə və çəkilən videolar maraqla izlənəcəksə, o zaman məhdudiyyət aradan qalxır.

Çəkdiklərinizi bizə yollayın. Göndərdiyiniz materiallar sizin müəllif hüquqlarınız (tam adınız və soyadınız qeyd olunaraq) göstərilməklə 246 minlik Facebook səhifəmizdə və 560 minlik Facebook qrupumuzda bütün Azərbaycana və dünyaya tanıdılacaq.

Biz başlayırıq. Siz də bizimlə başlayın. Maraqlı foto və video-görüntülər yollayan izləyicilərimizi hədiyyələr gözləyir. Tezliklə müxtəlif müsabiqələr də təşkil ediləcək.

Çəkin, göndərin, paylaşaq - sosiallaşaq! Qoy smart telefonlarımız xalqımıza xidmət etsin!

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm