Qırmızı.az
Azərbaycan təşkilatı Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəzi seçildi
Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil qərargahında məşhur Pensilvaniya Universiteti tərəfindən hazırlanan dünyanın aparıcı beyin mərkəzlərinin reytinqi ilə bağlı beynəlxalq hesabat təqdim edilib.
Hesabatın təqdimatı eyni zamanda dünyanın 62 ölkəsində də təşkil edilib. Qlobal reytinqlər müəyyənləşdirilən zaman dünyanın 182 ölkəsini təmsil edən 6545 beyin mərkəzi arasında sorğu keçirilib. Sorğunun nəticələri 1500 ekspert tərəfindən qiymətləndirilib. Beynəlxalq qiymətləndirmədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəzi seçildiyi elan olunub.
Mərkəzin rəhbəri, tanınmış iqtisadçı alim Vüqar Bayramov Publika.az-a bildirib ki, dünyada yeganə qlobal qiymətləndirmə olan və kifayət qədər nüfuzlu beynəlxalq hesabatda regionun aparıcı beyin mərkəzinin Azərbaycan təşkilatı olması sevindirici olmaqla yanaşı, ölkəmizdə elmi və praktik tədqiqatların inkişaf səviyyəsini göstərir. İSİM regionun top beyin mərkəzi olmaq üçün Cənubi Qafqazın 3, Orta Asiyanın 5 ölkəsini və eləcə də Əfqanıstanı təmsil edən təşkilatlar ilə rəqabət aparıb.
Son illər hər zaman İSİM-in regionun aparıcı beyin mərkəzi seçildiyini deyən Vüqar Bayramov bildirib ki, rəhbərlik etdiyi təşkilatın hazırladıqları hesabatlar dünyanın müxtəlif dövlət və elmi qurumları tərəfindən istifadə edilir. İSİM-in iqtisadi araşdırmaları beynəlxalq təşkilatlar tərəfindən daimi olaraq izlənilir. Təşkilatın tədqiqatlarından Azərbaycan hökuməti ilə yanaşı, bir sıra qonşu dövlətlərin də hökumətləri faydalanır.
İqtisadçı alim onu da deyib ki, regionda birinci olmaq 2015-ci ildə İSİM üçün yeni prioritetlər müəyyənləşdirməklə yanaşı, ciddi məsuliyyət də formalaşdırır: “Biz region ilə yanaşı, qlobal arenadakı mövqeyimizi də qoruyub saxlamağa, gücləndirməyə çalışacağıq”.
Qeyd edək ki, İSİM hesabatda əksər kateqoriyalar üzrə dünyanın aparıcı beyin mərkəzləri siyahısına daxil edilib. Eyni zamanda, İSİM nəşr etdiyi “Gömrük İttifaqına üzvlük: Azərbaycan üçün yeni strategiya” adlı əsəri bir sıra aparıcı beynəlxalq qurumların nəşrlərini geridə qoyaraq 2014-cü ildə dünyada hazırlanan ən yaxşı 25 əsər siyahısına daxil edilib.
Aparıcı beyin mərkəzlərinə mükafatların təqdim edilməsi bu ilin yazında Yaponiyanın paytaxtı Tokio şəhərində təşkil olunacaq. İSİM Cənubi Qafqaz və Orta Asiyanı sözügedən tədbirdə təmsil edəcək.
İqtisadiyyat şöbəsi
-
Elm və təhsil01:11
Azərbaycanlı professor uzun illər həlli tapılmayan tənliyin öhdəsindən gəldi - FOTO
-
Magazin100:15
Vəfa Şərifovanın uşaqlarının atası birinci xanımı ilə - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Axşam saatları romantika vəd edir
-
MDB5 Dekabr 21:48
Daha bir İYRƏNC OLAY: kişi baldızının 13 yaşlı qızına təcavüz etdi
-
Magazin15 Dekabr 21:24
“Mənə “nənəliksən” deyən qızımdan imtina edirəm” - VİDEO
-
Magazin25 Dekabr 21:00
Ağ və qara paltarlarının SİRRİ AÇILDI
-
Sosial5 Dekabr 20:25
Sabah bu rayonun bəzi əraziləri QAZSIZ QALACAQ
-
Magazin15 Dekabr 20:20
Tünzalə Ağayeva səhnədə ağladı - VİDEO