Qırmızı.az
MTRŞ pul cıran bacılarla bağlı iclas keçirəcək
“Xəzər” televiziyasında yayımlanan “Hər şey daxil” verilişinin aparıcıları - Sevil-Sevinc bacılarının məsələsinə Milli Televiziya və Radio Şurasında (MTRŞ) baxılacaq.
Bu barədə Publika.az-a MTRŞ sədrinin müavini
Qafar Cəbiyev açıqlama verib. Sədr müavini bildirib ki, sözügedən
məsələyə sabah münasibət bildiriləcək:
“Gəlin tələsməyək. Bu məsələyə sabah qiymət veriləcək. İstənilən halda xoşagəlməz haldır. Şuranın iş qaydası belədir ki, gün ərzində baş verənlər monitorinq qrupu tərəfindən təhlil olunur. Ondan sonra şura rəhbərliyinə arayış təqdim olunur. Biz də baxıb qiymət veririk. İşə qurumun əsasnaməsinə uyğun şəkildə baxılır və qərar qəbul edilir. Bu hərəkətə görə xəbərdarlıq da ola bilər, irad da, cərimə də”.
Qeyd edək ki, “Xəzər” telekanalında yayımlanan “Hər şey daxil” verilişinin bugünkü buraxılışında Sevil-Sevinc bacılarından biri Azərbaycan manatını canlı yayımda cırıb. Onların bu hərəkəti sosial şəbəkələrdə etiraza səbəb olub.
İntiqam VALEHOĞLU
-
Yaxın Şərq08:00
İsrail 1970-ci illərdən bəri ilk dəfə Suriyanı İŞĞAL ETDİ
-
Sağlamlıq07:47
Bədənin ağır işə qarşı "üsyanını" necə yatırmaq olar - Həkimdən XƏBƏRDARLIQ
-
Ekologiya07:17
Bakıda yağış yağacaq, külək əsəcək - Bu günün HAVASI
-
Region06:16
Suriya məsələsi ANKARANIN GÜNDƏMİNDƏ - Fidan təzəlikcə kimlərlə danışıb?
-
Magazin203:43
Teleserial ulduzu alt paltarsız poza verdi - FOTO
-
Cənubi Qafqaz01:41
Gürcüstanın parlament binasına FİŞƏNG ATILDI
-
Hadisə01:00
Sumqayıtdan daha bir ACI XƏBƏR GƏLDİ
-
Dünya00:32
Bəşər Əsəd və ailə üzvlərinin Moskvadan görüntüsü yayıldı - VİDEO