Qırmızı.az
Keçmiş məhbuslara müavinət verildi
Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzləri penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan 4 min 565 nəfər şəxsi birdəfəlik pul müavinəti ilə təmin edib. ƏƏSMN-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, həmin şəxslərin hər birinə müvafiq qanunvericiliyə uyğun olaraq, minimum əməkhaqqının 4 misli məbləğində, yəni 420 manat məbləğində birdəfəlik pul müavinəti ödənilib.
Bununla yanaşı, cəzaçəkmə müəssisələrində cəza çəkməkdən azad ediləcək şəxslərin gələcək məşğulluğunun təmin edilməsinə köməklik göstərilməsi üçün onların peşə hazırlığına cəlb edilməsi işləri də aparılır. Belə ki, ƏƏSMN ilə Ədliyyə Nazirliyi arasında imzalanmış müvafiq sazişə əsasən, ötən il penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan 230 nəfər şəxs, o cümlədən 32 nəfər məhbus qadın peşə hazırlığına cəlb edilib. |
Gülnar
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!