Qırmızı.az
ANS bu gün haqqında yayılan xəbərlərə cavab verdi - BƏYANAT
ANS Şirkətlər Qrupu bu gün haqqında yayılan şayiələrə cavab verdi. Bununla bağlı ANS Müstəqil Yayım və Mediya Şirkətinin ictimai əlaqələr xidməti bəyanat yayıb. Bəyanatda deyilir:
"Bu gün bir sıra internet portalları və saytları Suriyada mövcud
rejimə qarşı döyüşən azərbaycanlıları dəstəkləyən dindarların guya
ANS-in əməkdaşları da daxil olmaqla bir neçə jurnalisti təhdid və
təhgir etdiyi barədə məlumatlar yayıb. Lakin bir müddət sonra ANS
əməkdaşlarının adlarının həmin siyahıya yanlış olaraq düşdüyü
aşkarlanıb və səhv aradan qaldırılıb. Amma təkcə elə bu fakt
Azərbaycan mediyasında yeni yaranmış və hər bir vətəndaş üçün
acınacaqlı nəticələrə səbəb ola biləcək tendensiyanı üzə çıxardı.
Bu, mənbəyi sosial mediya adlanan məlumatlara istinad edilməsidir.
ANS-in hələ 1994-cü ildən fəaliyyət göstərən konsepsiyasına görə,
ANS-in jurnalisti mənbəyi dəqiq göstərilməyən məlumatları yaya
bilməz. Belə ki, ANS Yayım və Mediya Şirkətində “ekspertlərin
rəyinə görə”, “adlarını gizli saxlamaq istəyən mənbələr”, “harasa
yaxın olan mənbələr, “bəzi mətbu orqanlarına istinadən və ya
“sosial şəbəkələrə istinadən” kimi ifadələrin yayılması qadağandır.
Əslində, bu yasaq peşəkar jurnalistikanın təməl prinsipidir və
kütləvi informasiya vasitələrində çalışanlar bu prinsipərə riayət
etməyə sadəcə borcludur. Eyni zamanda bu prinsiplər vətəndaşları
hər hansı qərəzli və böhtan xarakterli məlumat almaqdan qoruyur.
ANS bir mətbu orqan olaraq Azərbaycanda 90-cı ildən fəaliyyət
göstərir və heç bir siyasi, dini fəaliyyətlə məşğul olmur. ANS-in
sıralarında müxtəlif dini və milli mənsubiyyətə malik insanlar
çiyin çiyinə çalışır. Bizim işimiz mövcud hadisələrin
işıqlandırılması ilə yanaşı həm də Azərbaycan və azərbaycançılılıq
prinsilərinin qorunmasıdır.
ANS kütləvi informasiya vasitələrində çalışan həmkarlarına həmişə
hörmət və ehtiramla yanaşır və eyni münasibəti özü üçün də
arzulayır. İnanırıq ki, kütləvi informasiya vasitələri arasindakı
münasibətlər gələcəkdə daha etibarlı dayaqlara əsaslanacaq və
cəmiyyətin doğru məlumatlandırılmasına xidmət edəcək".
-
Hadisə16:55
Bakıda bazar yanır
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı