Qırmızı.az
Rumıniya mətbuatında Xocalı faciəsinin 22-ci il ildönümü ilə bağlı geniş məqalə dərc olunub
14 fevral 2014-cü il tarixində Azərbaycanın Rumıniyadakı səfirliyinin təşəbbüsü ilə Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Dumitru Balanın geniş şəbəkəyə malik Rumıniyanın "AGERPRES" milli xəbər agentliyinin internet səhifəsində Xocalı faciəsinin 22-ci il ildonmünü ilə bağlı "Tarixi ədalətsizlik" başlıqlı geniş məqaləsi (http: //www1.agerpres.ro/ots/2014/02/14/nedreptatea-istorica-10-39-33) dərc olunmuşdur.
Səfirlikdən Trend-ə verilən məlumata görə, məqalədə Dağlıq
Qarabağın Azərbaycanın Qarabağ adlanan tarixi ərazisinin bir
hissəsi olması, Dağlıq Qarabağın coğrafi ərazisində eyniadlı
inzibati ərazi quruluşunun təşkilinin Azərbaycan Səfəvilər
dövlətinin dövrünə təsadüf etdiyi, XVIII əsrin əvvəllərində
azərbaycanlı Pənahəli bəyin Qarabağ xanlığını qurması, Cənubi
Qafqaz uğrunda gedən mübarizədə sonra Qarabağ xanlığının işğal
edilməsi, 19-cu əsrdən başlayaraq Dağlıq Qarabağ, İrəvan və
Naxçıvan xanlıqlarının ərazisinə ermənilərin kütləvi köçürülməsi,
ermənilərin Azərbaycan torpaqlarına yerləşdirilməsindən sonra
Azərbaycan ərazisində tarixən mövcud olmuş Alban dövlətinin mədəni
irsini, tarixi, memarlıq abidələrini və dini ədəbiyyat
nümunələrinin erməni əsərləri kimi təqdim etmələri barədə geniş
məlumat verilir.
Məqalədə, həmçinin sovetlər dönəmində Dağlıq Qarabağ uğrunda
ermənilərin apardığı ədalətsiz siyasi mübarizə, Dağlıq Qarabağda
yaşayan ermənilərin 1988-ci ildə başladıqları separatçı hərəkatın
1990-cı ilin sonundan etibarən erməni terrorçu qruplaşmalarının
hərbi fəaliyyətə başlamaları ilə davam etdiyi, Xocalıda törədilən
amansız kütləvi qətliam, Ermənistanın təcavüzü nəticəsində 20 min
nəfərdən çox Azərbaycan vətəndaşının həlak olduğu, 100 min nəfərin
yaralandığı, 50 min nəfərin əlil olduğu, 1 milyona qədər insanın
məcburi köçkün vəziyyətinə düşdüyü, yüzlərlə yaşayış məntəqəsinin
dağıdıldığı, talan edildiyi və yandırıldığı, hazırda Azərbaycan
Respublikasının dünya birliyi tərəfindən tanınmış qanuni ərazisinin
20 faizindən çoxunun Ermənistan Silahlı Qüvvələrinin işğalı altında
olması bildirilir.
Eyni zamanda, məqalədə göstərilir ki, Ermənistan Azərbaycan
torpaqlarını işğal etdikdən sonra azərbaycanlılara aid olan
tarixi-memarlıq abidələrini, məscidləri, qəbirüstü abidələri,
sərdabələri və karvansaraları dağıtmış, yaxud erməniləşdirmişdir.
Buna baxmayaraq, Ermənistan Azərbaycan torpaqlarının işğal edilməsi
və azərbaycanlılara aid minlərlə tarixi-memarlıq abidəsinin
dağıdılması faktlarını gizlətmək üçün, guya Azərbaycan ərazisində
olan erməni tarixi-memarlıq abidələrinin dağıdıldığını dünya
ictimaiyyətinin diqqətinə təqdim etməyə çalışır.
Müəllif yazısında o da qeyd olunur ki, erməni silahlı qüvvələrinin
Azərbaycan ərazilərini işğal etməsi ilə əlaqədar beynəlxalq
təşkilatlar bir çox qərarlar qəbul etmiş, hazırda münaqişənin sülh
yolu ilə həlli istiqamətində ikitərəfli qaydada danaşıqlar
aparılır. Ancaq çox ağır və çətin keçən danışıqlar zamanı
Azərbaycan tərəfi öz haqlı mövqeyini müdafiə edərkən bir sıra
çətinliklərlə qarşılaşır. Çünki münaqişə başlayandan bu günə kimi
aparılan danışıqlarda təcavüzkar Ermənistan qeyri-konstruktiv
mövqedən çıxış edərək, işğalçılıq siyasətindən əl çəkmək
istəmir.
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar