Ramil Usubov iki rayona yeni rəis göndərdi
Bizi izləyin

Qırmızı.az

Ramil Usubov iki rayona yeni rəis göndərdi

Daxili İşlər Naziri Ramil Usubovun əmri ilə Yardımlı rayon Polis İdarəsinə yeni rəis təyin edilib. Bundan əvvəl Nərimanov Rayonunun Polis İdarəsinin rəis müavini işləmiş Nadir Məmmədov Ramil Usubovun əmri ilə Yardımlıya polis rəisi göndərilib. ("AzNews.

Daxili İşlər Naziri Ramil Usubovun əmri ilə Yardımlı rayon Polis İdarəsinə yeni rəis təyin edilib. Bundan əvvəl Nərimanov Rayonunun Polis İdarəsinin rəis müavini işləmiş Nadir Məmmədov Ramil Usubovun əmri ilə Yardımlıya polis rəisi göndərilib. ("AzNews.az")

Sabiq nazir Misir Mərdanovun qardaşı Əli Mərdanova da yeni vəzifə verilib.

Ramil Usubovun əmri ilə sabiq nazirin qardaşı Şabranın polis rəisi təyin olunub.

Qeyd edək ki, polis polkovniki Əli Mərdanov Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin rəisi olub. Xatırladaq ki, Misir Mərdanovun digər qardaşı İlham Mərdanov da Rabitə və Texnologiyaları Nazirliyində aparat rəhbərinin müavini vəzifəsində çalışır. ("Qafqazinfo.az")

Oxumağa davam et
Reklam
Reklam

Gündəm